Reception-Operator

İşin təsviri

Reception-Operator tələb olunur

Şirkət: DryMatic quru təmizləmə və çamaşırxana şirkəti

Əsas vəzifə öhdəlikləri:

• Filiala gələn müştərilərin qarşılanması və müştərilərə xidmətlər haqqında məlumatların verilməsi
• Müştərilərdən sifarişlərin qəbul edilməsi, sifariş zamanı qaydalara uyğun olaraq malların yoxlanması
• Sifarişləri hazır olan müştərilərin məlumatlandırılması və sifarişlərinin təhvil verilməsi
• Call center-ə gələn zənglərin cavablandırılması, sifarişlərin götürülməsi və koordinasiya olunması
• Zəruri olduqda müştərilərlə sorğuların keçirilməsi
• Telefonla yeni müştərilərin cəlb edilməsi
• Sosial şəbəkələrə müştərilər tərəfindən ünvanlanmış müraciət və sualların  cavablandırılması

Namizədə qarşı tələblər:

• Cinsi: qadın
• Yaş aralığı: 20-35 yaş
• Azərbaycan və Rus dillərində səlist danışıq və ünsiyyət bacarığı (İngilis dili əlavə üstünlük hesab olunacaq)
• Baza səviyyəsində ofis proqramlarından istifadə
• Təhsili: Orta ixtisas və ya ali

İş ilə bağlı məlumatlar:

• İş saatı : 09:00 – 20:00
• Əmək haqqı: Sınaq dövrü üçün (ilk 3 ay) 250 AZN + telefonla qəbul edilmiş sifarişlərin həcmindən asılı olaraq bonus. Sınaq dövründən sonra 300 AZN + bonus

Əlaqə:

• Şəkilli CV-lər [email protected] ünvanına göndərilməlidir. Mailin “mövzu” hissəsində vəzifənin adı qeyd olunmalıdır
• CV-lər baxıldıqdan sonra əgər ilk mərhələ üçün uyğun olarsa namizədə şirkət tərəfindən zəng ediləcəkdir

DryMatic quru təmizləmə və çamaşırxana şirkəti tərəfindən digər vakansiyalar