Sürücü-ekspeditor

İşin təsviri

İşəgötürən: TEAS Press Nəşriyyat Evi

İşin adı: Sürücü-ekspeditor

Son müraciət tarixi: 25 fevral 2019-cu il

İşin məqsədi: Nəşriyyat Evinin məhsullarını sifariş əsasında fərdi və biznes müştərilərə vaxtında çatdırmaq.

İşin funksiyaları:

 Nəşriyyat Evinin məhsullarını fərdi və biznes müştərilərə vaxtında və zədəsiz halda çatdırmaq;
 Sifarişlərin başa çatdırılmasını təmin etmək üçün çatdırmadan əvvəl və sonra sifarişləri nəzərdən keçirmək; 
 Sifariş edilmiş məhsulları maşına yükləməzdən əvvəl onları siyahı ilə tutuşdurmaq;
 Məhsulları maşına şirkətin daxili tələblərinə uyğun yükləmək;
 Məhsulları çatdırmaq üçün istifadə etdiyi nəqliyyat vasitəsinin mütamadi yoxlamasını aparmaq;
 Məhsulları sifarişçinin tələblərinə uyğun boşaltmaq;
 Müştərilərə məhsulları əvvəlcədən təyin edilmiş marşrut üzrə aparmaq;
 Məhsulun təhvilinə dair müştəridən təsdiq sənədi almaq;

Tələb olunan keyfiyyətlər:

• Sürücü kimi ən azı 5 il iş təcrübəsi (B, C kateqoriyası);
• Vaxtını düzgün idarə etməyi bacarmaq;
• Fikrini düzgün ifadə etmək bacarığı;
• Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət;

MÜRACİƏT QAYDASI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu [email protected] elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.
Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 25 fevral 2019-cu ildir.

İşəgötürənin reytinqi

TEAS Press Nəşriyyat Evi tərəfindən digər vakansiyalar