Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Qaynar xətt operatoru
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 0-1 il
Təhsil: Ali təhsil
İşin Təsviri: Çağrı mərkəzinə (Call center) daxil olan zənglərin cavablandırılması.
Vəzifə öhdəlikləri:
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
- Telefon zənglərinin şöbələrə və aidiyyati şəxslərə yönləndirilməsi.
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Qeyd: Vakansiya üzrə tələb qadın namizədlərədir
Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Qaynar xətt operatoru” yazıb göndərməklə müraciət edə bilərsiniz.