Marketinq üzrə mütəxəssis

İşin təsviri

Buxar Mühəndislik “ şirkəti

Marketinq üzrə mütəxəssis

Namizədə dair tələblər:

- İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- Azərbaycan, İngilis dilini səlis bilmək mütləqdir, rus dili arzu olunandır;
- İş planlama və təşkil etmə bacarığı;
- Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
- Ünsiyyətcil və danışıq aparmaq bacarığı;
- Komanda daxilində işləmək bacarığı məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq;

İş barədə məlumat:

• İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
• Şirkətin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklamını təşkil edir;
• Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
• Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
• Müştəri bazasını genişləndirir;
• Şirkət bloqunun moderasiyasını aparır;
• Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
• İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
• Müştərilərdən gələn sorğuları cavablandırır;
• Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
• Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
• İstifadə olunan saytların effektivliyini təhlil edir;
• Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;

Əmək haqqı:  1000 – 1200 manat

CV-ləri Marketinq üzrə mütəxəssis mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.