Satınalmalar üzrə mütəxəssis

  • Fayton LTD
  • Elanın qoyulma tarixi: 08.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Fayton LTD” MMM Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə iş elan edir.

Tələb olunan şərtlər:

- Gömrük və loqistika əməliyyatları üzrə biliklər;
- Dövlət tənzimləyicilərinin idxal əməliyyatlarına aid tələblərin bilinməsi;
- Optimal logistikanın təşkili, gömrük və digər mal buraxılışı məntəqəsində rəsmiləşdirmə əməliyyatlarını bilməsi
- Satın alınan qiymətlilərin anbara təhvil verilməsinədək müşahət edilməsi və nəzarət
- Ən sərfəli və uyğun şərtlərlə olan təkliflərin dəyərləndirilməsi və təqdim etmə bacarığı
- İdxalda başa gələn qiymətin formalaşdırılması bacarıqı
- Danışıq aparmaq qabiliyyəti;
- Ünsiyyət yaratmaq qabiliyyəti;
- Alınan malın gömrükdən çıxarılması
- Alınan mallarla bağlı xarici və daxili zənglərin aparılması

Təhsil/Təcrübə:

• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan/Rus/İngilis dillərini bilməsi sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Excel və peşəkar istifadəçi səviyyəsində bilmək (ERP proqramı bilmək üstünlükdür);

Əlavə məlumatlar:

• Yalnız kişi namizədlər;
• Əmək haqqı razılaşma əsasında;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri: Binə qəsəbəsində yerləşən zavod
• Yemək və servislə təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalmalar üzrə mütəxəssis” yazaraq  [email protected]  ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Fayton LTD tərəfindən digər vakansiyalar