Marketinq menecer (İT məhsulları sahəsi üzrə)

  • AEM Elektron
  • Elanın qoyulma tarixi: 07.01.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

AEM Elektron mağazalar şəbəkəsi əsasən videomüşahidə sistemlərinin, şəbəkə və təhlükəsizlik avadanlıqlarının, kompüter aksessuarlarınln və digər IT məhsulların topdan və pərakəndə satışı ilə məşğul olur və bu sahədə yerli bazarda aparıcı şirkətlərdən biridir.
Müştərilərimizə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin qazanılması məqsədilə tərəfimizdən daima əməkdaşlarımızın peşəkarlıq və işgüzarlıq səviyyəsinin artırılması istiqamətində məqsədyönlü və planlı iş aparılır.
Qapılarımız peşəkar, məsuliyyətli və öz üzərində durmadan çalışan mütəxəssislərin üzünə açıqdır.

Vəzifə:   Marketinq menecer (İT məhsulları sahəsi üzrə)

Vəzifə öhdəlikləri:

- Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
- Yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Potensial müştəri bazasının yaradılmasını təmin etmək;
- Bazardakı rəqibləri və rəqiblərin məhsullarındakı inkişafı izləmək və bunlarla bağlı hesabatlar hazırlamaq;
- Müştəri tələbatlarının analizi;
- Yeni bazar imkanlarının araşdırılması və təklifi;
- Facebook və İnstaqram səhfələrinə nəzarət eləmək və sullara cavab vermək
- İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə   rəhbərliyə xəbər verir.
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul və xidmətlərinin reklamını təşkil   edir;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
- E - mail marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
- Müştəri bazasını genişləndirir;
- Şirkət bloqunun moderasiyasını aparır;
- Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
- Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
- İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
- Müştərilərdən gələn sorğuları cavablandırır;
- Tizer və banner şəbəkələri ilə iş aparır;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
- Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
- İstifadə olunan saytların effektivliyini təhlil edir;
- Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir.

Tələblər:

- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Təqdimat və inandırmaq bacarığı;
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli;
- Ünsiyyət qurma və fikirlərini açıq şəkildə təqdim etmə bacarıqları;
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Dil bilikləri: Azərbaycan və Rus dili

İş şəraiti:

- İş saatları - 09:00-dan 19:00-dək, Istirahət günləri – Bazar günü;
- Şirkət tərəfindən göndərilən treyninq və kurslarda iştirak etmək imkanı
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcəkdir.

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
"Subject" qismində müraciət edilən vakansiyanın adının qeyd olunması mütləqdir.

AEM Elektron tərəfindən digər vakansiyalar