Norm Sement zavodu
Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Logistika üzrə məmur tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• Nəqliyyat şirkətlərinin qarajlarının (qurğular, avadanlıq, sürücülər) yoxlanması
• Zavodun palet dövriyyəsinin monitorinqi
• Distributorlar və müştərilərdən paletin yığılmasının təşkili
• GPS hesabatlarının hazırlanması
• Çatdırılmanın logistika planına uyğunluğunun monitorinqi (məhsulun növünün, miqdarın və çatdırılma ünvanının dəqiqliyi)
• Nəqliyyat hesabalatlarının hazırlanması
• Logistika verilənlər bazasının monitorinqi və təkmilləşdirilməsi
• Müştərilərdən mənşə sertifiakıtının əldə edilməsi üçün sənədlərinin toplanması və onun dövlət orqanlarından əldə edilməsinin təşkili
• Gömrük rəsmiləşdirilməsi, gömrük rəsmiləşdirilməsinin hazırlanması, gömrük rəsmiləşdirilməsi və gömrük bəyannaməsinin alınması üçün sənədlərin toplanması
• Ehtiyac yarandıqda işçinin vəzifəsi çərçivəsində digər öhdəliklərin yerinə yetirilməsi
• Kommersiya şöbəsinin tədbirlərinin təşkilinə dəstək
• Satışın idarə olunması arxivinin yaradılması, yenilənməsi və qorunub saxlanması
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi
Tələblər:
• Iqtisadiyyat və ya Nəqliyyatın idarəedilməsi üzrə ali təhsil
• Əlaqəli sahə üzrə ən azı 1-2 il iş təcrübəsi
• İngilis dili (üstünlük verilir)
• MS Office komputer proqramı üzrə bacarıqlar
• SAP
Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 21/01/2019
 
                 
                 
                 
                 
                