İT layihələrinin idarəedilməsi üzrə menecer

  • Golden Pay
  • Elanın qoyulma tarixi: 17.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: İT layihələrinin idarəedilməsi üzrə menecer

Departament: İnformasiya Texnologiyaları

İşin təsviri:

- Şirkətin İT layihələrinin və texniki məhsullarının idarə edilməsi
- Proqramçılar ilə birlikdə layihələrin gedişatının izlənilməsi, müddətlərə riayət edilməsinin təmin edilməsi
- Dövri hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi
- İdarə etməkdə olduğu texniki məhsulların vaxtında və keyfiyyətli şəkildə icra edilməsi üçün hədəflərin müəyyən edilməsi, iş bölgüsünün təmin edilməsi, fəaliyyətlərə nəzarət edilməsi, müxtəlif təkliflərin hazırlanaraq təqdim edilməsi
- Dəstəklənən layihələr üzrə inkişaf və dəyişiklik tələblərinin layihə idarəetmə prinsipləri əsasında idarə edilməsi
- Layihə komandasının performansının ölçülməsi və dəyərləndirilməsi üçün hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi

Tələblər:

- İT sahəsində ali təhsil
- İT layihələrininin və komandasının idarəedilməsi sahəsində ən az 3 il təcrübə olmaqla, İT sahəsində ümumi 7 il iş təcrübəsi
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazışma
- Layihə və komanda idarəetmə ilə bağlı müasir alətlərin tətbiqi sahəsində təcrübə
- Agile Project Management üzrə təcrübə
- Proqram təminatı yaratma metodologiyaları haqqında məlumatlı olma
- Yüksək səviyyədə kommunikasiya bacarıqlarının olması
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları
- Təqdimat bacarığı
- Məhsulların yaradılması, məhsul çeşidlərinin hazırlanması və sınaqların təşkili ilə bağlı biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Hədəfə yönələn olma, təşəbbüskar olma, komanda ilə işləmə bacarığının olması

- Əmək haqqı: 2000-3000 ( iş təcrübəsindən asılı olaraq )
- İş vaxtı: Həftədə 5 gün, saat 10:00-18:00
- İşçi tibbi sığorta ilə təmin edilir

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə CV formasını [email protected] email adresinə göndərə bilərlər.

İşəgötürənin reytinqi