Şirkətin adı: “Silk Way Helicopter Services” MMC (aviasiya şirkəti).
Vəzifə: Keyfiyyət və təhlükəsizlik üzrə menecer.
İxtisas tələbləri:
• Ali texniki aviasiya təhsili,
• 5 ildən az olmayaraq aviasiya sahəsi üzrə rəhbər vəzifələrdə iş təcrübəsi olmalıdır;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
• Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Yüksək idarəetmə qabiliyyəti;
• Güclü ünsiyyət və qeyd olunan dillərdə danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
Vəzifə və öhdəlikləri:
• Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etmək;
• Müəssisədə ISO 9001 Keyfiyyət İdarəetmə Sisteminə uyğun sistem tətbiq etmək;
• Xarici şirkətlərdən keyfiyyətlə əlaqədar gələn məsləhətçi, auditor, müştəri və digər tərəflərə qarşı şirkəti yüksək səviyyədə təmsil etmək;
• Keyfiyyət İdarəetmə sistemi daxilində sənədləri hazırlamaq / hazırlatmaq, təsdiq etmək / etdirmək;
• Rəhbərliyin təhlili iclaslarında iştirak etmək, sistemin cari vəziyyəti ilə bağlı rəhbərliyə raportlar təqdim etmək, iclas qeydiyyatlarını aparmaq;
• Müəssisənin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə şəxsi heyətlə profilaktiki işləri üzrə tədbirlərin keçirilməsini təşkil etmək;
• Düzəldici və önləyici fəaliyyətləri açmaq və ya açılmasını təmin etmək, bu fəaliyyətlərin izlənməsini həyata keçirmək;
• Müəssisənin fəaliyyəti sahəsində daxili və xarici yoxlamalar, həmçinin daxili qiymətləndirmə proseslərini həyata keçirmək;
• Müştəri şikayət və məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı fəaliyyətləri həyata keçirmək;
• Müəssisənin fəaliyyəti ilə bağlı keyfiyyət sahəsində hazırlıq məsələləri üzrə keçiriləcək hazırlıq işləri aparmaq;
• Müəssisənin fəaliyyəti prosesində və müqavilə əsasında lazım olan xidmətlər göstərən sub - kontrakt şirkətlərin keyfiyyət sahəsində nəzarət və təminat işlərini aparmaq;
• İcraatında olan sənədlərin lazımi qaydada və vaxtında icra olunmaqla müəyyən olunmuş
qaydada qeydiyyatını aparmaq;
• Daxili və xarici yoxlamalar (auditlər) nəticəsində tərtib olunmuş sənədlərin və materialların düzgün aparılmasını təmin etmək, ümumi qiymətləndirmə və digər proseslərini müəyyən olunmuş qaydada aparılmasını, həmçinin onların təminatını və nəzarətini həyata keçirmək;
• Müəssisənin fəaliyyətində keyfiyyət səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahədə təminatın aparılması və yeni layihələrinin işlədilməsi proseslərində sistematik olaraq iştirak etmək;
• Tabeçiliyində olan işçilərə müvafiq göstərişlər vermək;
• Rəhbərliyin göstəriş və tapşırıqlarını yerinə yetirmək.
İş qrafiki
5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
İstirahət günləri – şənbə, bazar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyət və təhlükəsizlik üzrə menecer” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət oluna bilər.