Müqavilələr üzrə Aparıcı Hüqüq Məsləhətçisi

İşin təsviri

Şirkətin adı: Silk Way Helicopter Services MMC (aviasiya şirkəti)

Vəzifə: Müqavilələr üzrə Aparıcı Hüqüq Məsləhətçisi

İxtisas tələbləri:

• Ali hüquqi təhsil,
• Müqavilələr üzrə məsləhətçi (mütəxəssis) vəzifəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq;
• Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;

Vəzifə və öhdəlikləri

• Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etməli;
• Mövcud qanunvericiliyə, normativ-hüquqi aktlara, təlimatla əsasən şirkət tərəfindən bağlanacaq müxtəlif növ müqavilələrin hüquqi ekspertizasını həyata keçirib şöbə rəisinə təqdim etmək; 
• Müqavilələrin mövcud qanunvericiliyə uyğun bağlanması məqsədilə rəhbərliklə razılaşdırılaraq müvafiq tədbirlərin görülməsində iştirak edir;  
• Müqavilə işinin təşkilinə dair metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək; 
• İşini müqavilə intizamının möhkəmləndirilməsinə yönəltmək; 
• Bağlanmış müqavilələrin icra edilməsinə və ya lazımi qaydada icra edilmədikdə hüquqi təsir tədbirlərin görülməsi haqqında təkliflər vermək;
• Mülki-hüquq müqavilələrin vaxtında və düzgün bağlanmasını təmin etmək;
• Qüvvədə olan aidiyyəti qanunvericilik aktlarında aparılan dəyişikliklər barədə məlumatları dərhal toplamaq və məlumat vermək, bu məlumatların sistemləşdirilməsini təmin etmək;
• Müqavilənin  şirkətin  maraqlarına   uyğun   olması  istiqamətində  iş aparmaq.
• Şirkətin  qanunvericiliklə rəhbəredici  sənədlərdən  irəli gələn  digər  vəzifələri icra  etmək;
• Rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtlı-vaxtında və vicdanla icra etmək;

İş qrafiki

5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
İstirahət günləri – şənbə, bazar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Müqavilələr üzrə Aparıcı Hüqüq Məsləhətçisi”  yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.