İnsan Resursları üzrə Mütəxəssis (Gəncə, Göyçay, Saatlı, Bərdə, Şəki, Quba, Lənkaran)

  • Avrora
  • Elanın qoyulma tarixi: 11.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan Resursları üzrə Mütəxəssis (Gəncə, Göyçay, Saatlı, Bərdə, Şəki, Quba, Lənkaran)

Vəzifə və öhdəliklər:

• Az.Res. ƏM -nin tələblərinə uyğun işə qəbul,azad, vəzifə dəyişikliyi, bütün növ məzuniyyətlər, şəxsi işlərin, əmək kitabçalarının uçotunun aparılması; Dövlət Əmək Müfəttişliyi xidmətinin tələbi ilə müvafiq (rüblük, illik)statistik hesabatların tərtibi,təqdim olunması;
• Müəssisədə işçi ehtiyacının müəyyən edilməsi, işçilərin axtarılması, namizədlərin müsahibələrə dəvət olunması və müsahibələrin keçirilməsi;
• AR-nın Əmək Məcəlləsinə, əsasnaməyə, təlimatlara müvafiq olaraq yeni işə qəbul olunmuş işçilərin sənədləşdirilməsi, oriyentasiyası və adaptasiyasının təşkili;
• Əmək muqavilələrinin bağlanması və Elektron hökumət portalında işlənilməsi, xidməti müqavilələrin bağlanılması, sosial sığorta şəhadətnamələrinin sifariş edilməsi, əmək kitabçalarının əmrlər əsasında hazırlanması;
• İşçilərin başqa vəzifəyə keçirilməsi və işdən azad edilmələrinin Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilməsi;
• İşçilərin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması üçün sənədlərin hazırlanması və şəxsi işlərinə işlənilməsi;
• Müəssisədaxili əmrlərın, arayışların və məktubların hazırlanması;
• İşçilərin davamiyyətinin qeydiyyatı;
• Aylıq tabelin hazırlanması və mühasibatlığa verilməsi;
• Müəssisənin aylıq ştat cədvəlinin hazırlanması və təsdiqi;
• işdən azad olunan işçilərin təhvil-təslim vərəqələrinin hazırlanması;
• İşçilərin vəzifə təlimatlarının hazırlanması və təsdiqi;
• Xəstəlik vərəqələri və doğum məlumatlarının əsasında protokolların hazırlanması;
• Görülən işlərin analizi, hesabatı təqdim olunması;
• İnsan Resursları layihə məqsədlərinə uyğun olaraq şirkət daxili departamentlərlə kommunikasiyanın qurulması.

Vakansiya ilə bağlı tələblər:

• Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
• AR Əmək qanunvericiliyi bilikləri;
• MS Office proqramlarından istifadə bacarığı;
• Müvafiq sahədə 1 il iş təcrübəsi;
• İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.

Şərtlər:

- Həftədə 5 iş günü;
- İş saatları: 08:00-17:00;
- Tibbi Sığorta;
- Şirkət hesabına nahar.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Mütəxəssis (Müraciət edilən region adını qeyd edin)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşəgötürənin reytinqi