SƏTƏM Mühəndisinin köməkçisi

İşin təsviri

ƏMƏK  FUNKSİYASI

• Birbaşa Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin rəisinə tabedir;
• Tədbirlər planı hazırlayıb şöbə rəisinə təqdim etmək;
• Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik Şöbəsinin rəisi tərəfindən gündəlik işqabağı verilən və göstərilən tapşırıqları yerinə yetirmək;
• Sahədə risklərin qiymətləndirilməsini aparmaq;
• Gündəlik işqabağı işçiləri təlimatlandırmaq, işçilərin işləyəci peşə və vəzifələrini düzgün və təhlükəsiz icra etmələri haqda məlumatlandırmaq;
• Fərdi mühafizə vasitələrinin işçilərin tərəfindən düzgün istifadə edilməsinə nəzarət etmək;
• Hər hansı bir işçinin gördüyü təhlükəli işini anında saxlayıb – işin riskini qiymətləndirdikdən sonra aradan qaldırmaq;
• İşin riskini aradan qaldırdıqdan sonra həmin riski öz şöbə rəhbəri ilə müzakirə etmək;
• İşin riskinin nəticəsini bütün işçilərə bildirmək;
• İşə yeni başlayan işçilərə ƏM və TT üzrə təlimat keçmək, jurnallara qeyd etmək, 3 (üç) aydan bir bütün işçilərə təkrar və növbədənkənar təlimatlar keçirmək.

ƏLAVƏ  MƏLUMATLAR

• Yaş həddi: 25 - 35 arası;
• Rus və ing dillərini bilənlərə üstünlük veriləcək;
• İş rejimi 1-6 – cı (Bazar ertəsi – Şənbə) günlər – 6 günlük;
• İş təcrübəsi: 1-3 il;
• Əmək haqqı müsahibə zamanı təyin ediləcək;
• Nahar və servis cəmiyyət tərəfindən təmin edilir;
• İş yeri: Qaradağ rayonu;
• Qadın namizədlərə üstünlük veriləcək.
• Elektron ünvan: [email protected]