CRM mütəxəssis

  • ŞKAZ AVTO MMC
  • Elanın qoyulma tarixi: 05.12.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ŞKAZ AVTO MMC ( Skoda brendinin rəsmi distribyutoru )

CRM mütəxəssis

Namizədə tələblər

• Ali təhsil
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dili biliyi arzu olunandır)
• 25-33 yaş həddi
• Müştəri xidmətləri sahəsində azı 2 il təcrübə
• Ünsiyyətcil, təşəbbüskar
• Komandada işləmək bacarığı

Vəzifələr

• Müntəzəm olaraq müxtəlif müştəri məmnuniyyəti sorğuları keçirmək və müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək.
• Şirkətin internet səhifəsi, müraciətlər üçün nəzərdə tutulmuş elektron poçtu və s. vasitələrlə müştəri rəy və şikayətlərini toplamaq, onların müvafiq qaydada cavablandırılması / həll edilməsini təşkil etmək, müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək.
• Müştərilərin şirkətin xidmətləri haqqında sorğularına dolğun və düzgün cavab və məsləhət vermək.
• Müştəri xidməti standartlarının müəyyən edilməsi və standartların tətbiqinə müvafiq nəzarətin təmin edilməsində iştirak etmək.
• Müştəri məmnuniyyətinin artırılmasına xidmət edən, müştəri loyallığının güclənməsi, habelə, yeni müştəri kütləsinin cəlb olunması istiqamətində digər təşəbbüs və fəaliyyətlər həyata keçirilməsində iştirak etmək.
• Sosial layihələrin təşkili və həyata keçirilməsində iştirak etmək və s.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “CRM  mütəxəssis” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

ŞKAZ AVTO MMC tərəfindən digər vakansiyalar