Marketinq üzrə mütəxəssis

  • Libraff
  • Elanın qoyulma tarixi: 26.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

LİBRAFF MMC

Marketinq üzrə mütəxəssis

İşin funksiyaları:

• LIBRAFF üçün hazırlanan ümumi PR və Marketinq strategiyasının və Fəaliyyət planının icrasında iştirak etmək;
• LIBRAFF müştəri data bazasını yaratmaq və müştərilərlə ‘online’ kommunikasiyaya cavabdeh olmaq;
• Spesifik və tələb olunan vaxtlarda marketinq kampaniyaları təşkil etmək;
• Satışda olan məhsulları və onların unikal satış təklifini öyrənmək;
• Vitrin dizaynına dair təkliflər vermək; 
• Reklam, kampaniyalar və o cümlədən müştərilər üçün müxtəlif tədbirlərlə bağlı ideyalar irəli sürmək və təşkil etmək;
• Promo materiallar hazırlamaq;
• Tələblərə, hədəf qrupuna və məqsədlərə uyğun olaraq tədbirlər planı hazırlamaq və həyata keçirmək;
• Press-relizlər yazmaq;
• Tədbirin uğurunu təmin etmək və daha çox iştirakçı cəlb etmək məqsədilə hər bir tədbir üçün xüsusi marketinq planı  hazırlamaq, yeni tərəfdaş/müştəri cəlb etmək, mövcud tərəfdaş/müştərilər ilə işgüzar əlaqələri qoruyub saxlamaq.

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil (Marketinq, Menecment sahəsi arzu olunandır);
• Bu sahədə ən azı 2 il iş təcrübəsi;
• Mükəmməl Azərbaycan, rus dili və yüksək səviyyədə ingilis dili;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
• Dinamiklik, ünsiyyət bacarığı, məsuliyyət, kreativlik;
• Sosial şəbəkələrin aktiv istifadəçisi.

MÜRACİƏT QAYDASI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu ([email protected])  elektron poçtuna göndərməlidir. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.
Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

İşəgötürənin reytinqi