Mühəndis

  • Halal-P
  • Elanın qoyulma tarixi: 18.11.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Artıq 22 ildir ki «HALAL-P» şirkəti Poliqrafiya sahəsində fəaliyyət  göstərir və 20-dən artıq dünya brendlərinin (Konica Minolta, Koenig & Bauer Sheetfed AG & Co. KG, Giesecke &Devrient, Masterwork, Orfix, FUJIFILM, Dainippon Screen, PERFECTA, Schneidemaschinenwerk GmbH, Mondi Group, RİSO, İDEAL və s.) Azərbaycandakı rəsmi distribütorudur. Şirkətimiz qabaqcıl texnologiyalardan yararlanaraq, Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, ofset və rəqəmsəl mətbəələrin qurulmasinda iştirak edir və uzun illərdir bu sahədə lider mövqe tutur.

Halal-P” şirkəti Mühəndis vəzifəsinə elan verir.

İş haqqında məlumat

 Avadanlıqların quraşdırılması, satışdan sonrakı profilaktika və diaqnostika işlərinin görülməsi;
 Daxil olan sorğular əsasında istehsalçı şirkətlərlə əlaqə saxlayaraq yaranmış problemlərin aradan qaldırılması yollarının tapılması;
 Avadanlıqların texniki göstəricilərinin artırılması üçün planlamaların aparılması və tətbiqi;
 Adekvat texniki xidmət səviyyəsi ilə xidmət göstərilməsi;
 Göstərilən xidmətlərin texniki keyfiyyətinin nəzərdən keçirilməsi;
 Layihələrin effektiv icrasına nəzarət
 Avadanlıqların iş prinsipində mövcud ola biləcək  problemlərinin təsbit edilməsi və həlli üçün tədbir gprülməsi;
 Müştəri məmnuniyyətinin təmin edilməsi üçün onlarla sıx əlaqələrin qurulması və inkişaf etdirilməsi;
 Texniki biliklərin artırılması üçün ölkə xaricində istehsalçı şirkətlər tərəfindən keçirilən təlimlərdə iştirak edilməsi.

Tələb olunan minimum bilik, səriştə və keyfiyyətlər

 Mexanika və elektronika sahəsində ali təhsilin olması;
 Gərgin iş qrafikində və stress altında çalışmaq qabiliyyəti;
 Avadanlıqların təmiri üzrə azı 3 il iş təcrübəsinin olması

Üstünlük verilən meyarlar

 Öyrənmək və inkişaf etmək potensialı və istəyi;
 İngilis və / və ya rus dilində ünsiyyət bacarıqları;
 Məntiqli düşünmə qabiliyyəti;
 Texniki avadanlıqlarda operator qismində iş təcrübəsinin olması

Müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu sətrində “Mühəndis” qeydi edərək [email protected] ünvanına göndərə bilərlər.

“Halal-P” şirkəti öz işçilərinə geniş inkişaf imkanları yaradır. Bu imkanlardan siz də yararlanın!