Böyük mütəxəssis kimyaçı (Üzvi, xromatoqrafiya analizləri)

İşin təsviri

Vəzifə: Böyük mütəxəssis kimyaçı (Üzvi, xromatoqrafiya analizləri)

Vəzifə funksiyası:

1. Laboratoriya rəhbərinin tapşırığı ilə laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
2. Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
3. Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
4. Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
5. İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
6. Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması, metodların inkişaf etdirilməsində iştirak etmək.

Vəzifə maaşı:

Namizədin bilik-bacarıqlarına əsasən təklif ediləcək (minimum ilkin maaş: 1000-1500 AZN).
Təhsili: Ali təhsilli. İxtisasının kimya, fizika olması arzuolunandır
İş qrafiki: Ay ərzində 20 gün olmaqla 08:30-17:30-dək; 1 saat nahar fasiləsi (Nahar şirkət tərəfindən qarşılanır)
İşin icra ediləcəyi məkan: Bakı, Salyan şossesi. Azecolab Company MMC-nin əsas laboratoriyası

Tələblər:

- Çevik, yenilikləri qəbul edən, öyrənmək və müxtəlif layihələrdə iştirak etmək üçün həmişə hazır və həvəsli olan, özünü ən azı növbəti 3 ildə laboratoriya fəaliyyətində görən bir işçi olmalıdır.
- Texniki bilikləri (kimya və fizika sahəsində) yüksək səviyyədə olmalıdır.
- Laboratoriya şəraitində işləməyə həvəsli, o cümlədən nümunəhazırlığı proseslərini (ekstraksiya) icra etməyi bacarmalıdır.
- GC-MS və GC-FİD, cihazlarlarında sərbəst işləmək, tam sərbəst analiz etmək, cihazlara texniki qulluq etmək, metod qurmaq təcrüməsi olmalıdır. Müsahibə zamanı cihazlarla işləmək qabiliyyəti yoxlanılacaq.
- Texnika və texnologiyaya həvəsi olmalı, avadanlıqlarla işləmək bacarığı (səliqəli söküb-yığmaq) olmalıdır.
- İngilis dilində ixtisasına uyğun mətni oxuyub başa düşməyi bacarmalı, öz fikirlərini aydın izah etməyi bacarmalıdır.
- Xarici ölkələrə (ingilis dilində keçiriləcək təlimlərdə) ezamiyyəyə getmək imkanı olmalıdır.
- Kompüter proqramları - Microsoft Office Word, Excel və Xromatoqrafik analizlər zamanı istifadə olunan proqramları ilə işləməyi yüksək səviyyədə bacarmalıdır.
- Müsahibə üçün işçi Bakıdakı laboratoriyaya dəvət olunacaq.

Vakansiyaya yalnız CV vasitəsilə müraciət etmək lazımdır. CV aşağıda qeyd olunan mail ünvanına göndərilməlidir:

E - mail: [email protected]
Tel: 012 310 02 00/ 012 310 03 00

QEYD: ELANI DIGƏR SAYTLAR ICAZƏSIZ ŞƏKILDƏ GÖSTƏRILƏN MÜDDƏTDƏN ARTIQ ÖZ SƏHIFƏLƏRINDƏ YERLƏŞDIRDIYI HALDA HƏMIN SAYTLARA ELANIN YERLƏŞDIRILDIYI HƏR ƏLAVƏ GÜNƏ GÖRƏ MÜVAFIQ MƏBLƏĞDƏ CƏRIMƏ TƏTBIQ OLUNACAQ.