Aşpaz

İşin təsviri

Vəzifə: Aşpaz

Vakant iş yerlərinin sayı: 2

İş haqqında məlumat:

• Təsdiq olunmuş, razılaşdırılmış menyuya və yazılı resepturaya əsasən yeməklərin hazırlanması;
• Yeməklərin təhlükəsizlik və keyfiyyət standarlarına əsasən hazırlanmasına cavabdehlik;
• Mətbəx avadanlıqları və əşyalarının alınıb seçilməsində məsləhətçi kimi iştirak etmək, mətbəx inventarına cavabdehlik;
• Yeməklərin hazırlanması üçün ərzaqların alınıb seçilməsində məsləhətçi kimi iştirak etmək, ərzaqların düzgün saxlanmasına cavabdehlik;
• Mətbəxin səliqəli saxlanması, mətbəx avadanlıqları və əşyaları ilə əlaqəli təmizlik işlərinin icrası.

Tələblər:

• Sağlam, məsuliyyətli, səliqəli, təmizkar, yenilik öyrənmək və işə həvəsli olmalı;
• Milli, Türk və Avropa mətbəxinə uyğun əsas yeməklər, salatlar və şirniyyarların çeşidliliyini bilməli;
• Ərzaqların miqdarını resepturaya və porsiyaların sayına əsasən hesablamağı, yazılı prosedura halına salmağı bacarmalı;
• Mətbəx avadamlıqları ilə işləməyi bacarmalı, avadanlıqların instruksiyalarını oxuyub başa düşmək qabiliyyəti;
• Aşpazlıq sahəsində təhsil və iş təcrübəsi olanlara üstünlük verilir;
• Digər: qadın namizədlər müraciət etməli, yaş həddi 25-45.

Seçim ardıcıllığı:

• CV-də öz əksini tapmış məlumatların dəqiqliyi yoxlanılacaq;
• Namizədin səriştəsi praktik yolla yoxlanılacaq;
• Namizəd tibbi yoxlanışa göndəriləcək.

İş şərtləri:

İşçi ilə əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanacaq. İşçi tibbi sığorta ilə təmin olunacaq.
İş qrafiki: 5 günlük iş rejimi (həftədə 40 saat);
İş yeri: Sabail r., Salyan şossesi 32, küçə 5., Bakı, Azərbaycan
Əmək haqqı: 800-1000 AZN

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 29.05.2017 tarixinə qədər [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aşpaz”) qeyd olunmalıdır) göndərə bilərlər.

QEYD: ELANI DIGƏR SAYTLAR ICAZƏSIZ ŞƏKILDƏ GÖSTƏRILƏN MÜDDƏTDƏN ARTIQ ÖZ SƏHIFƏLƏRINDƏ YERLƏŞDIRDIYI HALDA HƏMIN SAYTLARA ELANIN YERLƏŞDIRILDIYI HƏR ƏLAVƏ GÜNƏ GÖRƏ MÜVAFIQ MƏBLƏĞDƏ CƏRIMƏ TƏTBIQ OLUNACAQ.