Vəzifə - Marketinq üzrə mütəxəssis
İşəgötürən: “GFC” MMC
Əsas vəzifə və öhdəliklər:
Satış bazarının genişlənməsi, təqdim olunan məhsul və xidmətlərin çeşidinin artırılması kimi biznesin inkişafında prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəldilmiş Şirkətin uzunmüddətli strategiyasının hazırlanmasında iştirak edir;
İllik marketinq planlarını tərtib edir, vəzifə və resursları müəyyənləşdirir;
Şirkət üçün maraq doğuran sahələrdə marketinq araşdırmaları aparır;
Şirkətin xidmətlər bazarında mövqeyinin möhkəmləndirilməsi, restoranlarda məhsulların satışının və xidmətlərin səviyyəsinin artırılması üçün təhlil aparır və müvafiq təkliflər hazırlayır;
Məhsul və xidmətlərə qiymət qoyulması prosesində iştirak edir;
İri müştərilər (alıcılar və satıcılar) axtarışı ilə məşğul olur, onlarla əlaqələr yaradır;
İqtisadiyyatın perspektivli sahələrində biznesin inkişaf etdirilməsi üçün strategiyanı və yanaşma üsullarını formalaşdırır və marketinq sahəsində müvafiq proqramların işlənməsini təmin edir;
PR aksiyaların, reklam kompaniyaların, press-relizlərin hazırlanmasında yaxından iştirak edir;
Şirkətin “firma standartlarını”, emblemini, loqolarını hazırlayır və təkmilləşdirir;
Şirkət bloqunun moderasiyasını aparır;
SMM, PR və Reklam sahələrində işini yerinə yetirir;
Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin təhlili və seçimini aparır;
Tizer və banner şəbəkələri ilə iş aparır;
Reklam kampaniyaları üçün kreativ ideyaların təklifi;
Promo-aksiyalar üçün təkliflərin hazırlanmasını təşkil edir.
Namizədə aid tələblər:
30-45 yaş arasında;
Ali təhsilli olması( Marketinq və ya biznes idarəçiliyi sahəsində təhsil arzu olunandır);
Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
3 il marketinq sahəsində təcrübə olması;
Səlis azərbaycan və rus dili bilikləri;
Kreativ proyektlərin reallaşdırılması təcrübəsi;
R-Keeper və Microsoft Office proqramlarını bilməsi mütləqdir, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
Diqqətli,məsuliyyətli və operativ olması;
Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq.
İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Həftədə 5 iş günü, 2 gün istirahət;
Əmək haqqı: 800-1000 AZN.
E - mail : [email protected]