Bazar araşdırması mütəxəssisi

  • Elanın qoyulma tarixi: 10.10.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Bazar araşdırması mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minumum 1 il marketinq və ya bazar araşdırması sahəsində təcrübə
Təhsil: İqtisadiyyat və ya marketinq ixtisası üzrə ali təhsil
Yaş həddi: 24-40

İşin Təsviri: Bazar araşdırmalarının aparılması və analiz edilməsi.

Vəzifə öhdəlikləri:

- Məhsul portfelinin analizi;
- Məhsullar üzrə satışların təhlili;
- Bazar və vitrin payının araşdırılması;
- Məhsullar üzrə rəqib şirkətlərin bazardakı payının araşdırılması;
- Yeni istehsal olunacaq və distribüterlik ediləcək məhsul bazarının araşdırılması;
- Hesabatların təhlilinin rəhbərliyə təqdim edilməsi.

Tələblər:

- MS Office proqramları biliyi;
- Komandada işləmək bacarığı;
- Yüksək analitik qabiliyyətin olması;
- Şəxsi avtomobilin olması;
- Ölkədaxili ezamiyyət imkanlarının olması;
- İngilis və rus dili biliyi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Bazar araşdırması mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.