“Azerbaijan Poultry Company”MMC resepşn vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Resepşn
İş qrafiki: 6 günlük iş qrafiki
Ünvan: Bakı şəhəri
İŞİN TƏSVİRİ:
• Daxil olan telefon zənglərinin qəbul edilməsi və onları təyinatı üzrə istiqamətləndirilməsi;
• Şirkətə gələn qonaqların qeydiyyatının aparılması;
• Gələn qonaqların qarşılanması və onları qəbul edəcək şəxslərin bu barədə məlumatlandırılması;
• Məktubların və digər lazımi sənədlərin hazırlanması;
• Ofisə daxil olan məktub və sənədlərin qəbulu, qeydiyyata alınması və əlaqədar şöbələrə çatdırılması;
• Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması;
• Qəbul şöbəsinin səliqəli və təmiz saxlanmasını təmin etmək;
• Şirkətin bütün şöbələri ilə əməkdaşlıq edərək onların işlərində onlara yardım etmək;
• Ofis texnikası ilə mükəmməl işləmək bacarığı;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
TƏLƏBLƏR:
• 20-30 yaş həddində;
• Ali təhsilli, xanım və bəy işçi;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsinə malik olmalı;
• Yüksək ünsiyyət qurma bacarığı;
• Dil bilikləri: Azərbaycan (əla) rus, ingilis dili (orta səviyyədə);
• Ofis avadanlıqları ilə (faks, skaner və kseroksda) işləmək bacarığı;
• Ofis proqramlarında (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etmək bacarığı;
• İşində məsuliyyətli, dəqiq olmalı;
• Komandada işləmək bacarığı;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Resepşn” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.