Tarix Müəllimi (Azərbaycan bölməsi)

İşin təsviri

AZ 1022
Samad Vurgun street, 1006
Azerbaijan, Baku
School and preschool education

https://www.facebook.com/MTKEDU/  

TARİX MÜƏLLİMİ (Azərbaycan bölməsi)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Azərbaycan bölməsi üzrə tarix müəllimi vəzifəsinə müraciət etmək üçün tarix sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar müəllimləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan dilində mükəmməl danışma və yazma bacarığı;
• Tələb olunan sahədə ən az 3-5 il müddətində pedaqoji təcrübə;
• 6-18 yaş qruplarını əhatə edən təhsilalanlarla böyük həvəslə işləmək istrəyi, kollektivdə bir komanda olaraq işləmək bacarığı.

ÖHDƏLİKLƏR

• Təhsil yönümlülük və təhsilalanların təlimatlandırılması;
• Məktəbin tədris planının  tələb və rəhbər prinsiplərinə riayət olunmasını təmin etmək üçün müvafiq tədris proqram və təlim materialların hazırlanması;
• Keyfiyyətli təlimin təmin edilməsi, o cümlədən analitik düşünmənin stimullaşdırılması;
• Şagird nailiyyətləri barədə əhəmiyyətli və vaxtında rəy vermək;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.

Maraqlanan namizədlər (Word və ya PDF formatında)  1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı (məsələn, informatika müəllimi) qeyd olunmaqla, [email protected] electron ünvanına göndərilməlidir.

Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi tərəfindən digər vakansiyalar