AZ 1022
Samad Vurgun street, 1006
Azerbaijan, Baku
School and preschool education
https://www.facebook.com/MTKEDU/
FİZİKA ÜZRƏ LABORANT
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində fizika üzrə laborant vəzifəsinə müraciət etmək üçün fizika sahəsində ali pedaqoji təhsili olan namizədləri dəvət edirik. Biz yerli və xarici həmkarları ilə beynəlxalq mühitdə işləmək istəyən pedaqogika sahəsində davamlı öyrənmə və təkmilləşdirilməsi üçün açıq, dinamik, enerjili və təşəbbüskar mütəxəssisləri axtarırıq. Əmək haqqı ixtisas səviyyəsindən asılıdır.
NAMİZƏDƏ TƏLƏBLƏR
• Tələb olunan sahədə bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan və rus dillərində mükəmməl danışma və yazma bacarığı;
• Tələb olunan sahədə ən azı 2-3 il müddətində pedaqoji təcrübə;
• Müvafiq vəsaitlərlə işləmək bacarığı.
ÖHDƏLİKLƏR
• Müvafiq tədris proqram və təlim materialların hazırlanmasında müəllimlərə köməklik göstərmək;
• Məktəbdə tədris prosesinin düzgün qurulmasında, dərslərin təşkilində, əyani vəsaitlərin hazırlanmasında müəllimlərə köməklik göstərmək;
• Avadanlıqların, cihazların, aparaturaların, reaktivlərin laboratoriya işlərində, dərslərdə və məşğələlərdə istifadə olunması üçün hazırlamaq, həmin avadanlıqların müvafiq təlimatlara və digər texniki sənədlərə uyğunluğunu yoxlamaq;
• Məşğuliyyət tam iş günü nəzərdə tutur.
Maraqlanan namizədlər (Word və ya PDF formatında) 1) sizin maraq və müvafiq vəzifəyə uyğunluq haqqında məktub (250-300 söz) və 2) cari CV şəkil ilə birlikdə təqdim etməlidirlər. Bu materiallar mövzu hissəsində iddia etdiyiniz vəzifənin adı qeyd olunmaqla (məsələn, fizika üzrə laborant), [email protected] electron ünvanına göndərilməlidir.
Yalnız seçilmiş namizədlər dəvət olunacaq. Qəbul prosesi müvafiq prosedura uyğun keçiriləcəkdir.
Kompleks yüksək səviyyəli işə qəbul üçün rəqabət qabiliyyəti və cəlbedici şərait təklif edir. Kompleks haqqında daha ətraflı məlumat üçün, http://www.mtk.edu.az/en/ linkinə müraciət edilə bilər.