İşə qəbul üzrə mütəxəssis

İşin təsviri

İşə qəbul üzrə mütəxəssis

Gilan Kənd Təsərrüfatı Qrupu İşə qəbul üzrə mütəxəssis vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Şirkətin işə qəbul planını hazırlamaq və illik işçi tələblərini müəyyən etmək,
• İşə qəbul Planına və  şirkətin işə qəbul prosseduruna əsasən işə qəbul prosesini aparmaq,
• Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək,
• Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək,
• İşə qəbul testlərini hazırlamaq və həyata keçirmək.

Tələblər:

• İqtisadiyyat, biznes idarəçiliyi, menecment üzrə ali təhsil;
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
• Məxfilik tələb olunan məlumatlarla işləmə bacarığı;
• Təşəbbüskar və nəticəyönümlü olmalı;
• Böyük işçi heyəti ilə işləmə bacarığı.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:   https://hr.gilanholding.com/v/4877#