Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satış ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. 2005-ci ildən, bazar tələbatını nəzərə aldıq, yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. Şirkət artıq 20 illik yubileyini qeyd etmişdir və 600 nəfərlik əməksevər kollektivi ilə perspektivdə olan parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.
Təchizat üzrə mütəxəssis
İşin təsviri:
- Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
- Satınalmalar üzrə sənədləşmə işlərinin aparılması, müxtəlif hesabatların hazırlanması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
- Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
- MS Office proqramları üzrə biliklər;
- Yaş həddi: 25 – 35 yaş;
- Satınalma və təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
- Fərdi və komandada işləmək bacarığı;
- Dəqiq və sürətli işləmək bacarığı.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=95
24.10.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.