Təchizat zəncirinin idarəolunması üzrə menecer

  • Melissa Group
  • Elanın qoyulma tarixi: 20.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Melissa Group” “Təchizat zəncirinin idarəolunması üzrə menecer” vakansiyası elan edir:

İş barədə məlumat:

• İllik satınalma planının hazırlanması;
• Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirilməsi və idarə edilməsi; təchizatçıların və xidmət təminatçılarının    Əsas Siyahılarının hazırlanması və təchizatçı məlumat bazasını təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi
• Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
• Gömrük rəsmiləşdirilməsi, ixrac sənədlərinin hazırlanması, sertifikatların alınması, ixracatın rəsmiləşdirilməsi;
• Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika işlərinə nəzarət olunması;
• Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
• Xarici iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması istiqamətində rəsmi danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə və görüşlərdə təmsil olunması;
• Təchizatla bağlı xarici şirkətlərlə danışıqların aparılması; 
• Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlilini (müqayisəli təhlil) aparılması; müqayisəni göstərən sənədin yaradılması.
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirilməsi; satınalma sifarişlərinin hazırlanılması və Müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi.
• Ehtiyyat  hissələrin, avadanlıqların və s. vaxtında alınmasının plaşlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;

Vəzifə ilə bağlı tələblər:

• Havalandırma, isitmə, soyutma sistemləri (HVAC systems) üzrə iş təcrübəsinin və müvafiq biliklərin olması üstünlükdür;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurmaq bacarığı olmalı;
• MS Office (MS Word, MS Excell, MS PowerPoint) və Adobe Photoshop üzrə mükəmməl biliyin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Havalandırma, isitmə, soyutma sistemləri üzrə təchizat zəncirinin idarə edilməsi (satınalma, təchizat, gömrük) və logistika sahəsində biliklərin olması;
• Müvafiq sahədə azı 1( bir ) il iş təcrübəsinin  olması;
• Yaş həddi: 25-40.

Əlavə məlumat

• Əməkhaqqı: 1200-1400 AZN (əlavə bonus və ya mükafatlandırma ola bilər)
• Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər.

CV-lərinizi [email protected] ünvanına "Təchizat zəncirinin idarəolunması üzrə menecer" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi