Marketinq meneceri

  • 158 Taxi xidməti
  • Elanın qoyulma tarixi: 13.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: 158 Taxi 

Vakansiya: Marketinq meneceri

* İş yeri: Bakı
* İş rejimi: 6 günlük
* İş vaxtı: 09:00-18:00
* Əmək haqqı : 1500+

İş haqqında:

● Şirkətin bazarda təqdim etdiyi bütün növ cari xidmətlərinin reklamını təşkil etmək;
● Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
● Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil etmək;
● Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsini təmin etmək;
● Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirmək;
● Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
● Rəqabət analizi, Swot Analizi etmək;
● Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət etmək;
● Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılmasını təmin etmək;
● Reklamların sifarişinə, hazırlanmasına nəzarət etmək;
● Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri həyata keçirmək;
● Anket sorğularının, intervyuların planlaşdırılması və ya yerinə yetirilməsində iştirak etmək;
● Şirkətin stratejik marketinq planın yaradılmasında iştirak etmək.

Tələblər:

● Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
● Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi;
● Azərbaycan dili - yüksək, İngilis və rus dilləri (üstünlükdür)
● MS Office (Word, Excel, Power point) - yüksək, dizayn proqramlarında işləmə bacarığı (üstünlükdür);
● Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
● Məqsədyönlülük, məsuliyyətlilik, operativlik və yenilikçilik;
● Təşəbbüskarlıq, problem həlletmə, kreativlik, komandada işləmə.

Uyğun və maraqlanan şəxslər vakansiya ilə əlaqədar [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

158 Taxi xidməti tərəfindən digər vakansiyalar