Satış Meneceri

İşin təsviri

Vəzifə: Satış Meneceri

Şirkət:  PITS Texnoloji Həllər Mərkəzi

Ölkə: Azərbaycan
Sahə: İnformasiya Texnologiyaları

Vəzifə və öhdəliklər:

• Şirkətin müştəri bazasının genişləndirilməsi məqsədiylə strateji biznes imkanlarını müəyyənləşdirmək və inkişah etdirmək;
• Bazarı vaxtaşırı araşdırmaq və rəqib şirkətlərin fəaliyyətlərini nəzarətdə saxlamaq
• Şirkətin xidmət və məhsulları üzrə müstəsna biliyə sahib olmaq
• Müştərilərin biznes tələblərini müəyyən etmək və təqdim olunan məhsul və ya xidmətlərin onların istəklərinə uyğun gəlib-gəlmədiyini araşdırmaq
• Aylıq minimal satış hədəfləri qoymaq və onlara nail olmaq
• Mövcud müştərilərə təqdim olunan satış planlarını optimallaşdırmaq
• Korporativ müştərilərlə müntəzəm olaraq əlaqə saxlamaq

Tələb olunan bacarıqlar:

• Mükəmməl satış səriştəsi
• Yaxşı nitq qabiliyyəti
• Satış üzrə 2+ iş təcrübəsi
• Azərbaycan və Rus dillərində danışma/yazma bacarığı
• İngilis dilini yaxşı anlama bacarığı
• İT terminologiya
• Təşəbbüs göstərmə bacarığı
• Təqdimat bacarığı
• Hesabat və təkliflərin hazırlanması bacarığı
• Müstəqil şəkildə işləmə bacarığı
• MS Office üzrə bacarıqlar
• Vaxtın və günün maksimal effektiv idarə olunması
• Həvəsli və özündən əmin olmaq
• Analitik qabiliyyətlər

Yaş həddi:  25-40
İş vaxtı: Bazar ertəsi-Cümə
İş saatları: 09:00-dan 18:00-dək
Nahar: Şirkət tərəfindən təmin edilir

Tərcümeyi-hallarınızı fayl adını Ad, Soyad  olaraq adlandırmaqla və məktubun başlığında müraciət etdiyiniz vəzifənin adını Satış Meneceri kimi qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 31/09/2018