Xəzinədarlıq Departamentinin mütəxəssisi

İşin təsviri

 
Bank Respublika” ASC “Xəzinədarlıq Departamentinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi və 1000 nəfərə yaxın peşəkar komandası ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Pul vəsaitlərinin idarə edilməsi üçün sistemlərin təkminləşdirilməsi və optimalaşdırılması;
• Xəzinədarlıq üzrə kompleks təhlillər;
• Maliyyə bazarları və pul axını ilə bağlı bazar araşdırılması və proqnozlaşdırılması;
• Maliyyə bazarında pul vəsaitlərinin faiz təkliflərinin təhlili;
• Məhsul portfelini gəlirlilik imkanlarının artırılması üçün optimalaşdırılması;
• Komitələrə yekun hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Təhsil: ali; (müvafiq sahə üzrə təhsilin olması arzuolunandır);
• İş təcrübəsi: müvafiq sahə üzrə minimum 2 il;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
• Maliyyə bazarları (FX, MM) ilə bağlı məlumatlı olmalı;
• “Treasury Dealing” prosesləri ilə məlumatlı olmalı;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə yazılı və şifahi formada təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Dəyişikliklərə operativ reaksiya vermə və sərbəst bu dəyişiklikləri təhlil edib, uyğunlaşma;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Xəzinədarlıq Departamentinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
                                           
    

İşəgötürənin reytinqi