«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI
Namizədə tələblər
• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 1 il
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
• Texniki sənədləri tərtib etmək təcrübəsi.
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri
• Mürəkkəb DML, DDL, DCL and TCL sorğular yazmaq və onların optimallaşdırılması
• T-SQL sorğularının tamamlanması və optimallaşdırılması
• İdarəetmə və analitik hesabatların işlənib hazırlanması
• SQL və Excel üzərində hesabatlılığın qurulması
• MS SQL Server və PostgreSQL proqramları ilə işləmək bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsasında bildiriləcək
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “MƏLUMAT BAZASI HESABATLARI ÜZRƏ TƏRTİBATÇI” qeyd etmələri xahiş olunur