Tur Menecer

İşin təsviri

Kalyon Tour Turizm Agentliyi Tur Menecer vakansiyasına qəbul elan edir.

İş barədə məlumat:

Bilet satışı - Ticketing

1. Ölkə daxili və xarici ölkələrə, avia biletlərin, qatar biletlerinin, avtobus biletlərinin satışı.
2. Müştəri tərəfindən müvafiq sahə üzrə sorğu gəldikdə müştərinin suallarını tələbinə uyğun olaraq cavabandırmaq
3. İşlərinin tərkib hissəsi olduğu baxımından İncoming (Xaricdən turistlərin cəlb edilməsi) və Outgoing (Xaricə turistlərin göndəriməsi) sahələrində fəaliyyət göstərən tur menecerlərin bilet və bronlaşma barədə sorğularına hər tərəfli köməklik göstərmək.

Xaricdən ölkəmizə və xarici turların təşkili (qrup və fərdi şəkildə) – Incoming&Outgoing

1. Xarici ölkələrdə və ölkə daxilində müvafiq sahə üzrə (xaricdən ölkəmizə turistərin cəlb ediməsi və işgüzar səfərlərin təşkili) fəaliyyət göstərən şirkətlərlə (parpartnyorlar) işgüzar münasibətlərin qurulmasi və işgüzar yazışmaların aparılması (görüşlərin keçirilməsi).
2. Səfərin ilk günündən son gününə qədər prosedurları təşkil etmək (aviabilet, viza, səfər sığrtası, kurort (otel), transfer).

Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə dəyişə bilər

Namizədə tələblər:

- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
- Səlis və işgüzar danışıq, yüksək ünsiyyət qurma bacarıqlarına malik olmaq;
- Məsuliyyətli və diqqətli olmaq;
- Gülərüz və özünə qarşı tələbkar olmaq.

Şəkilli CV-nizi [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Kalyon Tour Turizm Agentliyi tərəfindən digər vakansiyalar