Keyfiyyətə zəmanət üzrə müfəttiş

İşin təsviri

Vəzifənin adı: Keyfiyyətə zəmanət üzrə müfəttiş

Vəzifə öhdəlikləri:

• Keyfiyyətə nəzarət/zəmanət prosedurlarının yazılması, yenilənməsi və tətbiq edilməsi;
• Keyfiyyət göstəriciləri ilə bağlı birbaşa rəhbər ilə məsləhətləşmələrin aparılması;
• Keyfiyyət auditlərinin həyata keçirilməsi və nəticələr barədə dərhal rəhbərliyə məlumatların verilməsi;
• Beynəlxalq keyfiyyət standartları üzrə işçilərin təlimləndirilməsinin və istiqamətləndirilməsinin təmin edilməsi;
• Müvafiq fəaliyyətlərin standartlar və prosedurlar ilə uyğunluğuna nəzarət edilməsi;
• İş fəaliyyəti ilə bağlı müxtəlif statistik məlumatların toplanılması, təhlil edilməsi və hesabatların hazırlanılması;
• Keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi planına uyğun tədbirlərin aparılması;

Təhsil/Təcrübə: 

• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• İSO 9001 daxili audit sertifikatı olmalı;
• Müvafiq sertifikasiyaya malik olmalı;
• Müvafiq ISO standartları barədə dərin biliklərə malik olmalı;
• Azərbaycan dilini sərbəst istifadəçi, İngilis dilini sənədləşdirmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməli.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]

İşəgötürənin reytinqi