Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Ölkə üzrə satış meneceri
İş yeri: Azərbaycan, Bakı şəhəri
İşin Təsviri: Kataloqla satış sistemi üzrə planların hazırlanması, həyata keçirilməsi və nəzarətin təşkil edilməsi.
Tələblər:
- Müştəri bazasının olması;
- Kataloqla satış sistemi sahəsində iş təcrübəsinin olması;
- Yüksək səviyyədə rus dili biliyi vacibdir və ingilis dili biliyi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş qrafiki: 5 günlük, 09:00 - 18:00
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə “AVON” yazmaqla müraciət edilir.