Aparıcı mühasib

İşin təsviri

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil tellefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Vakansiya: Aparıcı mühasib 

Tələblər:

• İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
• Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
• ERP (1C və s.) sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Komandada və təzyiq altında işləmə bacarığı;
• ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.

Əsas vəzifələr:

• Bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
• Vergi hesabatlarının hazırlanması (ƏDV; OMV; gəlir vergisi);
• Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
• Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
• Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
• Dövlət orqanları ilə yazışmaların aparılması.

İş şəraiti:

• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;
• Korporativ nömrə və danışıq vaxtı, nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Aparıcı mühasib” qeyd edərək öz CV-lərinizi [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix:  09.09.2018

İşəgötürənin reytinqi