Administrativ köməkçi/Təcrübəçi

İşin təsviri

Vəzifə: Administrativ köməkçi/Təcrübəçi

Şirkət: PITS MMC

Ölkə: Azərbaycan

Vəzifə və öhdəliklər:

 Daxil olan zənglərə cavab vermək, texniki sualları cavablandırmaq;
 Təqdim edilən qurğuları qeydiyyata almaq;
 Sənədləri vaxtaşırı çeşidləmək və qaydada saxlamaq;
 Yeniliklərlə bağlı müştəriləri məlumatlandırmaq;
 Telefon zəngi hesabatlarını hazırlamaq;
 “Sifarişlər”i sistemə salmaq, izləmək.
 Mühəndislərlə müştərilər arasında daim yenilənən məlumat mübadiləsini təmin etməkdə köməklik göstərmək;
 İnzibati işləri nəzarətdə saxlamaq və menecerə vaxtaşırı məruzə etmək;
 Aktiv işlərin icrasına dair məsul şəxsləri nəzarətdə saxlamaqda köməklik göstərmək;
 Öncədən təyin olunmayan sorğuların qısa zamanda həllinə köməklik göstərmək;
 Hesabatlar/Cədvəllər hazırlamaq və vaxtlı-vaxtında yeniləmək

Bilik və Bacarıqlar:

 Masaüstü və noutbuk kompüterlərlə, smartfonlarla işləmək
 Windows əməliyyat sistemində işləmək
 MS Office proqramlarında  (Word, Excel and PowerPoint) güclü işləmək
 Problemləri düzgün analiz edə bilmə
 Müstəqil və sürətli qərar verə bilmək
 Gərgin mühitdə işləmək
 Azərbaycan rus və ingilis dillərində sərbəst, yazılı və şifahi ünsiyyət qura bilmə bacarığı
 Komanda daxilində işləyə bilmə, işləri koordinasiya edə bilmək
 İnformasiya tenxologiyaları üzrə ilkin biliklərə malik olmaq;

İş saatları: 09:00 a.m.-18:00p.m.
Nahar şirkət tərəfindən təmin ediləcək.

Qeyd: Təcrübə proqramını uğurla keçən namizəd işlə təmin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.
Uyğun tələblər üzrə iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Administrativ köməkçi/Təcrübəçi  qeyd etməyiniz xahiş olunur.