Daxili auditor

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 02.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya Elanı №13/18

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.
 
FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİSİ üçün DAXILI AUDITOR vəzifəsinə işçi axtarışı elan edir. “FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

Vəzifənin Məqsədi:

Daxili Auditor “FINCA Azerbaijan” əməliyyatlarının davamlı təftişini həyata keçirməyə məsuldur. Müştərilərin sahə təftişləri, “FINCA Azerbaijan” bütün şöbələrinin fəaliyyətlərinin qəbul olunmuş siyasət və prosedurlara (FİNCA Azerbaijan-nın digər təlimatları da daxil olmaqla) uyğunluğunu dəyərləndirmək üçün həyata keçirdiyi təftişlər də daxil olmaqla digər audit tapşırıqlarını yerinə yetirəcəkdir. Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsinə kömək etmək məqsədi ilə Audit Menecerinə mütəmadi hesabatlar hazırlayıb təqdim edəcəkdir.

Vəzifənin əsas bilik və bacarıq tələbləri:

• Akkreditə olunmuş ali təhsil müəssisəsində Maliyyə və ya hüquq sahəsi üzrə bakalavr təhsili
• Beynəlxalq firmada daxili audit, əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləndirilməsi sahəsində 3 il tam ştatlı təcrübə;
• Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər.
• Kompyüter sahəsində, o cümlədən elektron mətnlər, cədvəllər, sistemdaxili sənədləşmələr və digər biznes proqramlarında hesabatların hazırlanması, məlumat qeydiyyatının və analizlərin  aparılması üzrə biliklər.
• Məlumatların toplanması, analizi, məlumat və sistemlərin qiymətləndirilməsi və məntiqi nəticələrin çıxarılması üzrə bacarıq.
• Azərbaycan dilində effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların və təkliflərin təqdim edilməsi bacarığı, rus və ya ingilis dillərindən birində sərbəst ünsiyyət qurma;
• Müştərilər, komanda yoldaşları, digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Azərbaycan Respublikasında Micromaliyyə və Bank sektoru/bazarı barədə biliklərə malik olması üstünlüyü
• Ölkədaxili ezamiyyət etmək imkanı

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Yuxarıda qeyd edilən bilik, bacarıq tələblərinə cavab verirsinizsə, təhsil və təcrübənizin bu vəzifəyə uyğunluğuna əminsinizsə, öz tərcümeyi-halınızı (CV) 17 Avqust 2018-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№13/18) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

 “FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

Job Vacancy Announcement №13/18

FINCA Impact Finance, one of the world's leading microfinance networks, provides financial services to more than one million clients through 20 wholly-owned and operated subsidiaries in Africa, Eurasia, Latin America, and the Middle East and Southern Asia, including FINCA Azerbaijan. Currently “FINCA Azerbaijan” is looking for an Internal Auditor.

Purpose of the Position:

The Internal Auditor is an audit specialist who is responsible conducting ongoing audits of FINCA Azerbaijan operations, as assigned by his/her line manager.  As assigned, the Internal Auditor will perform a range of audit tasks, including field audits of clients, compliance audits to evaluate the performance of all FINCA Azerbaijan departments with respect to established policies and procedures (including all FINCA Azerbaijan manuals as well as the FINCA SPM (Subsidiary Policy manual) and other audits.  The Internal Auditor will provide weekly reports to the Audit Manager for consolidation in regular reports to management to assist in ongoing strengthening of internal control. 

Required knowledge and skills:

• Bachelor’s degree in Finance or Legal
• At least 3 years of professional full-time experience in internal auditing, operations, accounting, business analysis. Work experience in international companies is desirable.
• Computer skills, including word processing, spreadsheet, systems documentation, and ideally other business software to prepare work papers, reports, memos, summaries, and analyses.
• Skill in collecting and analyzing data, evaluating information and systems, and drawing logical conclusions
• Ability to establish and maintain harmonious working relationships with customers, co-workers, staff, and external contacts, and work effectively in a professional team environment.
• Accuracy and high level of attention to details. Keeping integrity and discretion.
• Excellent skill in effective verbal and written communications in Azerbaijani, including active listening skills and skill in presenting findings and recommendations for improvement. Fluent in Russian or English.
• Good knowledge of micro-finance or banking industry/market in Azerbaijan Republic is an advantage.
• The position requires frequent travels within the country

“FINCA Azerbaijan” offers a creative work environment, career opportunities and competitive compensation package with the financial services industry.

Deadline for applications is August 17, 2018:

If you meet the requirements above and are confident that your background and experience qualifies you for this position, please e-mail your detailed CV to [email protected] address indicating job reference number №13/18 and Internal Auditor in the subject line of your email.

Otherwise applications may be overlooked.

For more information about “FINCA Azerbaijan” please visit www.fincaazerbaijan.com 

İşəgötürənin reytinqi