Layihə Rəhbəri

  • İNNES MMC
  • Elanın qoyulma tarixi: 30.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İNNES MMC Azərbaycan və Gürcüstan bazarında innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir.
Müəssisəmiz izolyasiya və fiber-kompazit təmit texnologiyaları, professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

Layihə Rəhbəri

Vəzifə öhdəlikləri:

• Fərdi layihələri idarə edir, statuslarını təqib edir və uğurlu şəkildə nəticəyə çatmasını təmin edir, lazım gəldikdə əlavə strukturları işə cəlb edir;
• Layihə çərçivəsində iş bölgüsü edir, vəzifələri təyin edir;
• Layihənin idarə edilməsi prosesində ortaya çıxa biləcək  problemlərin qarşısının alınması və ya həll edilməsini təmin edir;
• Resursların ayrılmasına, düzgün istifadəsinə nəzarət edir və layihənin müəyyənləşdirilmiş büdcə çərçivəsində həyata keçməsini təmin edir;
• Layihənin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin edir və bu məqsədlə ehtiyac olan metod və metodologiyanı müəyyənləşdirir və tətbiqini təmin edir;
• Üzləşilə biləcək riskləri müəyyən edir, qarşısının alınması üçün tədbirlər planı hazırlayır və risklər ortaya çıxdıqda tətbiq edir
• Layihə ilə bağlı işçi qruplarına rəhbərlik edir;
• Maliyyə hesabatlarının vaxtında çatdırılmasını təmin edir;
• Layihə haqqında məlumatları, müsbət və mənfi təcrübələri maraqlı tərəflərə vaxtında çatdırır;
• Bütün işlərlə bağlı Baş direktora hesabat verir;                                                                        
• Baş direktorun verdiyi tapşırıqların uçotunu aparır, icrasına nəzarət edir və icra vəziyyəti barədə məruzələr edir;
• Digər struktur və bölmələrdən iş zərurəti ilə əlaqədar məlumat tələb etmə səlahiyyəti var;
• Departament direktoru tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirir.

Təhsil/Təcrübə:

• Ali təhsil (layihənin idarə edilməsi üzrə sertifikatlar arzuolunandır);
• Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili biliyinə malik olmalı;
• Analoji sahədə azı 3 il iş təcrübəsi olmalı;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək (MS project il işləmə bacarığı arzuolunandır);
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• 5 günlük iş həftəsi;
• Nahar şirkət tərəfindən təmin olunur;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Layihə Rəhbəri" qeyd edilməsi xahiş olunur.