Satış təmsilçisi

  • Likon
  • Elanın qoyulma tarixi: 29.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“LIKON” şirkəti Azərbaycan bazarında 2014-cü ildə yaranmışdır. Şirkət korporativ xidmət və mobil marketinq sahəsində öz adını daha da möhkəmləndirmək, yeni uğurlara nail olmaq üçün daim çalışmaqdadır. Şirkətin nailiyyətlərindən biri, Azərbaycan bazarının aparıcı mobil operatorlarından olan «Bakcell» ilə tərəfdaşlığıdır.

LİKON şirkəti  Mobil & Rəqəmsal Marketinq, Biznes Kommunikasiyaları, Proqram Təminatı & Texniki Dəstək, İnteraktiv və Virtual Xidmətlər kimi bir çox sahədə yüksək ixtisaslı kadrlarla xidmət göstərir.

Daha ətraflı məlumat üçün www.likon.az səhifəsinə daxil ola bilərsiniz.

Vəzifə: Satış təmsilçisi

Vəzifə öhdəlikləri:

- Soyuq satışın həyata keçirilməsi
- Məhsulla bağlı ümumi məlumatın verilməsi
- Görüşün təyin olunub rəhbərə  ötürülməsi
- Rəhbər tərəfindən vəzifə icrası ilə bağlı digər tapşırıqlar

Məşğulluq: Tam

İş şəraiti:

• İş saatı: 09-00-dan 18-00-dək;
• İstirahət: Şənbə, Bazar günü.

Əmək haqqı: 400 AZN

Tələb olunan:

• Ali təhsil
• Ən azı 1  il satış və zəng mərkəzi üzrə iş təcrübəsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Call center” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə namizədliyə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;