Satış və marketinq mütəxəssisi

  • Meteor Agency MMC
  • Elanın qoyulma tarixi: 19.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış və marketinq mütəxəssisi

(Sales and marketing specialist)

Şirkət haqqında:

Meteor Agency MMC brendinq, qrafik və rəqəmsal dizayn məhsul və xidmətlərini təklif edən dizayn şirkətidir.

Vəzifə öhdəlikləri:

- şirkətin satış və marketinq strategiyasının hazırlanması və yerinə yetirilməsi;
- bazar araşdırması və rəqiblərin analizinin həyata keçirilməsi, bazarda rəqib şirkətlərin marketinq və satış fəaliyyəti ilə bağlı məlumat toplanılması;
- şirkətin təklif etdiyi brendinq, qrafik və rəqəmsal dizayn məhsul və xidmətlərinin rəqabət gücünün artırılmasına dair təkliflərin hazırlanması;
- hədəf qruplarının müəyyən edilməsi;
- müxtəlif kommunikasiya vasitələrindən istifadə etməklə potensial müştərilərlə əlaqələrin qurulması və görüşlərin təşkili;
- şirkətin təklif etdiyi brendinq, qrafik və rəqəmsal dizayn məhsul və xidmətlərinin tanıdılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi;
- şirkətin məhsul və xidmətlərinin satışının dəstəklənməsi və istehlakçıların tələbatına uyğun yeni məhsul və xidmətlərin istehsalı ilə bağlı təkliflərin hazırlanması;
- fəaliyyətə dair dövrü hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

- İqtisadiyyat, marketinq və ya idarəetmə idarəçiliyi üzrə ali təhsil;
- Marketinq, satış və reklam sahələrində ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramlarına dair bilik və təcrübə;
- Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (rus və ingilis dili bilikləri arzuolunandır);
- Ünsiyyət və komanda ilə işləmə bacarıqları;
- Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
- Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.

İş rejimi: bazar ertəsi – cümə, saat 09.00-dan 18.00-dək

Nəzərdə tutulan əmək haqqı: 500 manat + bonus

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: [email protected]