Daxili audit üzrə menecer

İşin təsviri

MKT-İK MMC (Pambıq müəssəsi) Daxili audit üzrə menecer vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Şirkətin Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirmək
• Şirkətin daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək
• Şirkətin daxili nəzarət mühitinin inkişafına dair təklifləri irəli sürmək
• Şirkətin risk idarəedilməsinin inkişafına dair təklifləri irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək
• Şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərmək ehtimalı olan əməliyyatlara və ya şəraitə nəzarət etmək
• Audit planları əsasında audit proqramlarının tərtib etmək
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq
• Daxili audit xidmətinin fəaliyyətinə nəzarətinə təmin etmək
• Audit yoxlamaları nəticəsində şirkətin siyasətləri, prosedurların, standartların və digər normativ sənədlərinin tətbiq edilməsinə dair rəy bildirmək
• Dövri daxili audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabatları və rəyləri hazırlamaq

Tələblər

• Ali təhsil
• Daxili nəzarət sahəsində ən azı 5 il rəhbər kimi təcrübənin olması
• MS Office proqramlarını bilməli; (mükəmməl Excel bilikləri)
• İngilis və ya Rus dillərini bilməsi arzu olunandır
• Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
• Təhlil etmək və faktları müəyyən etmək bacarığı

Vakansiyaya müraciət etmək istəyənlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.