Şəhər saytının redaktoru

  • Company
  • Elanın qoyulma tarixi: 15.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ŞƏHƏR SAYTININ REDAKTORU

I. Ümumi müddəalar:

1. Şəhər Saytının redaktoru rəhbər kateqoriyasına aiddir.
2. Redaktor vəzifəsinə ali təhsiliə (jurnalist, filoloji, iqtisadi) və KİV-də minimum 5 il iş təcrübəsinə malik şəxslər təyin olunur.
3. Redaktor:
- Şəhərin daxili iqtisadi və siyasi vəziyyəti ilə tanış olmalı;
- Yerlərdə hakimiyyətin üfüqi qolunun quruluşu haqqında məsələləri başa düşməli;
- Şəhərin kommunal xidmətlərinin strukturu haqqında təsəvvürə malik olmalı;
- İnternet jurnalistikasının, o cümlədən, xəbərlərin yazılması xüsusiyyətlərini başa düşməli;
- Yüksək savada, üslub hissinə, redaktə və ədəbi redaktə bacarıqlarına malik olmalı;
- İnternetdə məlumat axtarışı alətlərini tanımalı və onlardan tam surətdə istifadə etməyi bacarmalı;
- Redaksiyanın işinin təşkili prinsiplərini bilməlidir.   
- Azərbaycan və rus dillərində peşəkar biliklərə malik olmalıdır. İngilis dilini bilməyi üstünlükdür.
4. Redaktorun vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Şəbəkənin baş redaktorunun əmri ilə həyata keçirilir.
5. İş vaxtı saat 9.00 - 18.00. Nahar fasiləsi 1 saatdır. Redaktorun iş günü qeyri-sabitdir.

II. Gözlənilən nəticələr:

1. Ən populyar və ən çox baxılan internet layihəsi.
2. Şəhərdə hər kəsin nəzər nöqtəsində olan nüfuzlu kütləvi informasiya vasitəsi.

III. Vəzifə öhdəlikləri:

1. Jurnalistlərin işinin təşkili. Redaksiya tapşırıqlarının verilməsi. Müvafiq şəkildə mətnlərin redaktə edilməsi.
2. Şəhərin və ölkənin həyatına aid olan məlumatların toplanması, təhlili və emalı.
3. Dövlət idarələrinin mətbuat xidmətləri ilə əlaqələrin yaradılması.
4. İnformasiya sorğularının tərtib olunması.
5. Zəruri hallarda, mətbuat konfranslarında və digər tədbirlərdə iştirak etmək.
6. Jurnalistlər tərəfindən redaksiyanın tapşırıqlarının yerinə yetirilməsinə nəzarət.
7. Sosial şəbəkələrlə işlərə nəzarət.
8. Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi:
9. Press-reliz, yaxud digər portallardan götürülmüş məlumatlar əsasında xəbərlərin təqdim olunması qaydalarına riayət edilməsi.
10.  Xüsusi mövzuların yaradılması və mütəmadi yenilənməsi.
11. Ştatdankənar müəlliflərlə qarşılıqlı əlaqələr. Onların fəaliyyətinin nəzərə alınması.
12. Özünün, tabeçiliyindəki jurnalistlərin və ştatdankənar əməkdaşların gördüyü işlər haqqında Şəbəkənin baş redaktoruna aybaay (hər ayın 1-dək) hesabat vermək.
13. Fəaliyyətin koordinasiyası və redaksiya siyasətinin Şəbəkənin baş redaktoru ilə razılaşdırılması.
    
IV. Redaktorun hüquqları:

Redaktor aşağıdakı hüquqlara malikdir:
1. Hazırki vəzifə təlimatları çərçivəsində jurnalistlərin fəaliyyətinə nəzarət;
2. Ayrılmış qonorar ödənişləri məbləği çərçivəsində ştatdankənar əməkdaşların ştatını özünün düzgün bildiyi qaydada formalaşdırmaq;
3. Hazırki təlimatlarda nəzərdə tutulmuş öhdəliklərdən irəli gələn işin təkmilləşdirilməsi ilə əlaqədar təklifləri rəhbərliyin müzakirəsinə çıxarmaq.

V. Redaktorun işinin qiymətləndirilməsi meyarları

Təqvim ayının sonunda redaksiyanın işinin yekunları.
1. “Xəbərlər” bölməsinə baxış sayı.
2. Sosial şəbəkələrdən keçidlərin sayı.
3. Eksklüziv və müəllif xəbərlərinin, eləcə də foto və video mətnlərinin sayı.
4. İnternet layihəsinin populyarlığı.  
5. Kollektivdə mikroiqlim və ümumi nəticəyə yönümlülük.

Əmək haqqı – 700-800 AZN

CV-lərinizi Redaktor mövzusu ilə [email protected] ünvanına göndərə bilərsiniz.