İşin təsviri
Uğurla fəaliyyət göstərən xaricdə təhsil və konsaltinq şirkətimiz dil mərkəzi departamentinə IELTS və General English hazırlığı üzrə təcrübəli və motivasiyalı müəllim axtarır. Əgər sən tədris etməyi sevirsənsə, nəticəyə fokuslanırsansa və tələbələrlə effektiv ünsiyyət qurmağı bacarırsansa – bu vakansiya sənin üçündür!
İş şəraiti
- Maaş: 800-2000 AZN (net)
- İş yeri: Bakı, Ağ şəhər, 8 Noyabr prospekti 23
- İş saatları: Həftənin 6 günü, dərs saatlarından asılı olaraq.
Tələblər:
- İngilis dili biliyi – C1-C2 səviyyəsində (IELTS score 7.5+ arzuolunandır)
- Əvvəlki IELTS tədris təcrübəsi – üstünlükdür
- Ali təhsil (filologiya, tərcümə, təhsil və ya əlaqəli sahələr üzrə)
- Müxtəlif səviyyəli tələbələrlə işləmə bacarığı
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- MS Office və ya digər onlayn tədris platformaları ilə işləmək bacarığı
Əsas vəzifələr:
- IELTS dərslərinin planlaşdırılması və keçirilməsi (individual və ya qrup)
- Tələbələrin səviyyəsinin qiymətləndirilməsi və uyğun tədris planının hazırlanması
- Proqres izlənməsi və nəticə yönümlü tədris
- Tələbələrə imtahan strategiyaları və vaxt idarəetməsi üzrə yönləndirmə
- Dərs materiallarının hazırlanması və yenilənməsi
- Karyera və xaricdə təhsil komandası ilə əməkdaşlıq etmək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.