Insan qaynaqları üzrə mütəxəssis

İşin təsviri

İNSAN QAYNAQLARI ÜZRƏ MÜTƏXƏSSIS

İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu.

Tələblər:

- Müvafiq sahədə ən az 5 il iş təcrübəsi;
- Sənaye müəssisələrində iş təcrübəsi;
- Müvafiq sahədə ali təhsil;
- Azərbaycan Respublikasının Əmək qanunvericiliyi ilə yaxından tanış olmalı;
- İnsanlarda ünsiyyətə girməyi bacarmalı;
- Müvafiq elektron xidmətlər sahəsində geniş biliklərə malik olmalı;
- Azərbaycan və rus dillərində əla səviyyədə yazı və danışma;
- MS Office proqramlarını bilməli;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı olmalı;
- Kollektivlə iş bacarığı;
- Dəqiqlik və səbrlilik;
- İş planlama və təşkil etmə bacarığı olmalı;

Vəzifələr:

- İşçilərin şəxsi işlərinin hazırlanması;
- Kadr hesabatlarının tələb olunan səviyyədə hazırlanması; 
- Yeni vakansiya üzrə işçi axtarışının həyata keçirilməsi;
- Yeni işçinin işə qəbul sənədlərinin toplanması və işçi ilə əmək müqaviləsinin bağlanması;
- İşçi əmrlərinin verilməsi, arxivlənməsi və ştat cədvəlinin hazırlanması;
- Məzuniyyət və ezamiyyətlərin uçotunun aparılması;
- Motivasiya, mükafatlandırma layihələrinin hazırlanması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirilməsi;
- Sənədləşmə prosesi haqqında öz rəhbərinə müvafiq hesabatlar vermək;
- Əmək müqavilələrinin elektron qaydada daxil edilməsi;
- İşə qəbul, məzuniyyətlər, işdən azad edilməsi və digər proseslərin rəsmiləşdirilməsi;
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı.

İş şəraiti:

- Ofis şəraiti;
- Yüksək əmək haqqı;

Hörmətli iş axtaran yoldaş. Sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə uyğun hesab edirsinzsə, buyurub bizimlə əlaqə saxlayın. E-mailinizin mövzu hissəsində ‘HR Specialist’ göstərin. Əks təqdirdə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Əlaqə: [email protected]
Müraciət üçün son tarix: 24 İyul, 2018-ci il