Meyvə bağları üzrə menecer

İşin təsviri

Gilan Kənd Təsərrüfatı Qrupu Meyvə bağlarına menecer ( rayonlar üzrə) vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• Tabeçiliyində olan heyətin fəaliyyətinin bağlarda istehsalın təşkili və inkişafı üzrə əlaqələndirilmək;
• Fəaliyyətin planlaşdırılması və hesabatlılıq;
• Torpağın və bitkilərin gübrələnmə prosesinə hazırlanması, prosesə və irriqasiya sisteminə nəzarət etmək;
• Bağlara qulluq işinin müvafiq aqrotexniki xəritə üzrə həyata keçirilməsinə nəzarət etmək;
• Toxum səpinini və ting əkinini planlamaq və nəzarət etmək;
• Problemləri vaxtında aşkar etmək, rəhbərliyə məruzə etmək və onları aradan qaldırmaq;
• Məhsuldarlığı və məhsulun keyfiyyətini qiymətləndirmək və yaxşılaşdırma işlərini həyata keçirmək;
• Məhsul yığımını yetişmə, hava şəraiti və bazara uyğun şəkildə planlaşdırmaq və həyata keçirmək;
• Məhsulun saxlanmasına və bazara daşınmasına nəzarət etmək;
• İstehsal nəticələrini sənədləşdirmək və statistik hesabatları hazırlamaq;
• Maliyyə uçotunun aparılmasına nəzarət etmək.

Tələblər

• Müvafiq sahə üzrə ən az 3 illik iş təcrübəsi;
• Təsərrüfatda işlədilən gübrə və kimyəvi dərman növləri barədə məlumatlı olmaq;
• Təsərrüfatda xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlı olmaq.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4818#