Avto-elektrik

İşin təsviri

İşəgötürən: “Grand Motors” MMC

Vəzifə: Avto-elektrik

Əmək haqqı : 700-800 AZN

“Grand Motors” MMC Xırdalanda yerləşən servis mərkəzi üçün “Avto-elektrik” vakansiyasını açıq elan edir.

İşin təsviri:

- Şirkətə məxsus avtomobillərin elektrik sistemlərində yaranan nasazlıqların səbəbininin aşkarlanması
- Elektrik sistemlərində yaranmış problemlərin təmir edilərək aradan qaldırılması
- Diaqnostika aparatlarından istifadə etmək
- İşlə bağlı rayonlara ezamiyyətlərə getmək
- Artıq iş saatları

Tələblər:

- Avto-elektrik sahəsində ən azı 3-5 il iş təcrübəsi
- Ali texniki təhsili olan namizədlərə üstünlük verilir
- Elektrik sxemlərini oxumağı bacaran namizədlərə üstünlük verilir
- Sürücülük vəsiqəsi: B
- Cins: kişi / Yaş: 21-55 arası

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10:00  – 16:00

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Avto-elektrik” yazaraq göndərə bilərlər.