Qəbul meneceri təcrübə proqramı

  • Nurgün Motors
  • Elanın qoyulma tarixi: 27.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


Nurgün Motors”un servis mərkəzlərində QƏBUL MENECERİ təcrübə proqramı!

Avtomobil seqmentinə maraq göstərən oğlan və qızların nəzərinə!

“Nurgün Motors”un Servis Mərkəzlərində qəbul meneceri təcrübə proqramına start verilir.

Təcrübə proqramında iştirak etmək üçün avtomobil sahəsində işləməyə marağı olan hər bir şəxs  iştirak edə bilər (Ali təhsil müəssisələrində “Nəqliyyat Vasitələrinin İstismarı” üzrə təhsil almış şəxslərə üstünlük verilir). Bunun üçün iştirakçı olmaq iddiasında olanlar şəkilli CV-lərini 15.07.2018 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər (şəkilsiz CV-lərə baxılmayacaq).

İştirakçı sayı məhduddur: göndərilən CV-lərin arasından müsahibə yolu ilə cəmi 10 nəfər seçiləcək.

Təcrübə proqramı 3 ay davam edəcək. Proqram müddətində iştirakçılara baza avtomobil bilikləri, servis qəbul prosesi, zəmanət şərtləri, müştəri ilə ünsiyyət mədəniyyəti haqqında təlimlər veriləcək.

Təcrübə müddətinin sonunda keçiriləcək test imtahanından uğurla keçmiş 10 nəfər işə qəbul olunacaq. Məvacib 800-1200 AZN-dir.

E - mail : [email protected]