Avtomobil üzrə satış məsləhətçisi

  • Nurgün Motors
  • Elanın qoyulma tarixi: 02.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barəsində:

  • Satışı ilə məşğul olduğu brend haqqında müştərilərə ətraflı məlumat vermək;
  • Müştəri maraqlarını öyrənmək və ona ehtiyacına uyğun təkliflər etmək;
  • Müştəri üçün test-drayv təşkil etmək;
  • Kampaniyalar barəsində müştərini məlumatlandırmaq;
  • Müştəriləri maraqlandıran sualları cavablandırmaq;
  • Satılan avtomobili müştəriyə təhvil vermək;
  • Avtomobil bazarının xüsusiyyətlərini bilmək və rəqibləri izləmək;
  • Satışın stimullaşdırılması üçün təkliflərin verilməsində iştirak etmək;

Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri (Rus və ingilis dili bilikləri əlavə avantajdır);
  • Sürücülük vəsiqəsi;
  • Avtomobil satışı sahəsində iş təcrübəsi;
  • Müştəri ilə işləmək bacarığı;
  • Ünsiyyətcil;
  • Kompüterdə sərbəst işləmək bacarığı;
  • İnkişafa meyilli;
  • Öz üzərində işləyən;
  • Normal xarici görünüş;
  • Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı;
  • Yaş həddi 25-35 arası.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni (Azərbaycan və yaxud rus dilində) mövzu yerinə "avtomobil üzrə satış məsləhətçisi" yazmaqla [email protected]   göndərə bilərlər.