Müştəri Xidməti Meneceri təcrübə proqramı

  • Nurgün Motors
  • Elanın qoyulma tarixi: 11.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Nurgun Motors” MMC-nin avtomobil satışı mərkəzlərində “MÜŞTƏRİ XİDMƏTİ MENECERİ” təcrübə proqramı!
Avtomobil seqmentinə maraq göstərən xanımların nəzərinə!

“Nurgun Motors” Satış Mərkəzlərində müştəri xidməti meneceri təcrübə proqramına start verilir. Təcrübə proqramında iştirak etmək üçün avtomobil sahəsində işləməyə marağı olan xanımlar  iştirak edə bilər.

İştirakçı olmaq istəyənlərə verilən tələblər:

- ali təhsil
- Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dili arzuolunandır)
- kompüter bilgiləri (ofis proqramlarında (word və excel vacibdir)
- xoş xarici görünüş
- ünsiyyətcil, gülərüz, məsuliyyətli, öz üzərində çalışan, inkişafa meylli
 
Bu tələblərə cavab verən və proqramda iştirakçı olmaq iddiasında olan xanımlar şəkilli CV-lərini 18.03.2018 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər (şəkilsiz CV-lərə baxılmayacaq).

İştirakçı sayı məhduddur: göndərilən CV-lərin arasından müsahibə yolu ilə cəmi 10 nəfər seçiləcək.

Təcrübə proqramı 1 ay davam edəcək və bu müddət ərzində iştirakçılar “Nurgün Motors”a məxsus salonlarda ödənişsiz təcrübə keçəcəklər. Həmçinin proqram müddətində iştirakçılara baza avtomobil bilikləri, müştəri xidməti, müştəri ilə ünsiyyət mədəniyyəti, müştəri əlaqələrinin idarəolunması mövzularında təlimlər veriləcək.

Təcrübə müddətinin sonunda keçiriləcək test imtahanından uğurla keçmiş 3 nəfər işə qəbul olunacaq. Digər iştirakçılara isə təcrübə proqramında iştirak etmələri ilə bağlı sertifikat və xasiyyətnamə veriləcək. 

Məvacib 400 AZN-dir.

E-mail: [email protected]