Təsərrüfat üzrə Koordinator

İşin təsviri

Vəzifə: Təsərrüfat üzrə Koordinator - Yeni Intourist Hotel Baku, Autograph Collection

Yeni Intourist Hotel haqqında:

Şəhərin mərkəzində, Xəzər dənizi ilə haşiyələnən və milli park kimi tanınan Bulvara dəniz mənzərəli bu butik otel 150 qonaq otaqları və suitlərini öz qonaqlarına təklif edir. Əsas turistik obyektlərə yaxınlığı, oteli şəhər mərkəzi ilə sıx əlaqələndirir.

Əsas Öhdəliklər:

 Şöbənin problemsiz və effektiv şəkildə idarə edilməsində Təsərrüfat şöbəsinin menecerinə kömək etmək
 Əməliyyatlar üzrə təlimatda qeyd edilmiş bütün siyasət və prosedurlara ciddi şəkildə riayət olunduğunu təmin etmək
 Telefon zənglərinə peşəkarcasına və nəzakətlə cavab vermək
 İclas protokollarını və çıxışları yazmaq, məktublar hazırlamaq
 Bütün çıxan məktubları göndərmək və daxil olan məktubları qəbul etmək və aidiyyəti üzrə paylamaq
 Məxfi faylların təhlükəsizliyi və qaydaya salınmasına görə cavabdehlik daşımaq
 Müntəzəm olaraq aylıq iclasların qrafikini hazırlayıb çap etmək
 Bütün zəruri sənədlərin icrası və qaydaya salınmasında iştirak etmək
 Dəftərxana ləvazimatları və digər ofis avadanlıqlarının təchizatı üçün əsas market (mağaza) ilə əlaqə saxlamaq
 Lazım olduqda, ofis avadanlıqlarının təchiz edilməsi üçün Maddi-texniki təchizat şöbəsi ilə əlaqə saxlamaq
 Görüşləri planlaşdırmaq
 Şöbə müdirinə inzibati məsələlərdə dəstək vermək
 Şöbə müdiri tərəfindən təyin edilən tapşırıq və öhdəlikləri yerinə yetirmək
 Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətləri göstərməsini prinsipini çatdırmasını təmin etmək
 Bütün işçilərin qonaqlarla qarşılıqlı anlaşmaya nail olmalarını təmin etmək. Bütün qonaqların xahişlərini və otel xidmətinin bütün sorğularını yerinə yetirmək
 Xidmət standartları ilə bağlı münasibətdə tələbkar və son dərəcə ciddi olmaq
 Təsərrüfat şöbəsinin işçilərinin mülayim, peşəkar və gülərüz münasibət nümayiş etdirdiklərini təmin etmək
 Tələb olunduqda, Təsərrüfat şöbəsinin menecerinə əməliyyatla bağlı bütün məsələlərdə kömək etmək.
 Hər zaman nəzakətli, peşəkar, effektiv və çevik xidmətlər göstərməklə, iş yerinin müəyyən edilmiş ilkin qısa xülasəsinə
 müvafiq olaraq idarə edilməsini təmin etmək.
 Təyin edilmiş iş yerində bütün vəzifə və tapşırıqlara müvafiq standartlara uyğun olaraq nəzarət etmək, onları təshih
 etmək və əyani şəkildə nümayiş etdirmək üçün kifayət qədər geniş iş bilikləri və bacarıqlarına malik olmaq.
 Gündəlik əməliyyatlarla bağlı müvafiq şöbələrlə qarşılıqlı fəaliyyət göstərmək.
 Qonaqların müraciətlərin nəzakətlə və effektiv qaydada yerinə yetirmək və operativ həll variantları tapılmadığı təqdirdə
 qonaqların şikayətləri və ya problemləri haqqında supervayzerlərə məlumat vermək, qonaqlara göstərilən xidmətlərin
nəticələrinin yoxlanılmasını təmin etmək.
 Otel daxilində bütün şöbələr arasında səmərəli ünsiyyəti (kommunikasiyanı) təmin etmək.

Bilik və Bacarıqlar:

 Müvafiq vəzifədə qonaqpərvərlik sahəsində minimum 1-2 il iş təcrübəsi.
 Səlis Azərbaycan və İngilis dili bilikləri.
 Pozitiv yanaşma tərzi və ünsiyyət bacarıqları.
 Yenilikçi və etibar edilən.
 Bir neçə tapşırığı eyni anda idarə və həll edə bilmək bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Barmen” qeyd edərək CV-nizi İyun ayının 30-dək [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Intourist Hotel Baku, Autograph Collection tərəfindən digər vakansiyalar