Laborant mikrobioloq

  • Elanın qoyulma tarixi: 21.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
 
Vəzifənin adı: Laborant mikrobioloq

Təcrübə müddəti: Müvafiq sahədə  1-3 il iş təcrübəsi mütləqdir

Təhsil: Ali (Kimya,Biologiya)

VƏZİFƏ FUNKSİYALARI

- "Təlimatlara  əsasən xammalların,köməkçi materialların,yarımfabrikatların və hazır  məhsulun mövcud olan standartlara,texniki şərtlərə cavab verməsi üçün və onların keyfiyyətinə laboratoriya nəzarətini tətbiq etmək məqsədi ilə kimyəvi analizləri, fiziki-kimyəvi təcrübələri aparmaq "
- "Alınan nümunələrin kimyəvi tərkibi müəyyən edildikdən sonra qarşıya çıxan uyğunsuzluqlar barəsində müvafiq struktur bölmələri məlumatlandırmaq"
- "Xammalların,köməkçi materialların,yarımfabrikatların və hazır  məhsulun  beynəlxalq standartlara uyğun şəraitdə,temperaturda və nəmlikdə saxlanılmasına nəzarət etmək"
- "Dezinfeksiyaedici məhlulun hazırlanmasına,istifadə müddətinə nəzarət etməli  və sahələrə çatdırmalı"
- "Əməyin mühafizəsi, təmizlik gigiyenası, yanğından  mühafizə qaydalarına əməl etməli "

İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Laborant mikrobioloq" qeyd edilməsi xahiş olunur.