Xarici əlaqələr üzrə mütəxəssis

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 19.06.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Xarici əlaqələr üzrə mütəxəssis” vakansiyası elan edir:

İş barədə məlumat:

• Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
• Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisə cədvəllərinin sənədləşdirilməsi və təchizatçıları texniki və maliyyə dərəcələrə görə qruplaşdırılıması;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
• Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
• Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
• Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
• Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.

Vəzifə ilə bağlı tələblər:

• Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir;
• Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı;
• Ali təhsil;
• Planlama, analiz və idarəetmə bacarığı;
• MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl və Adobe Photoshop üzrə ümumi bilginin olması;
• Xarici ölkələrə ezamiyyələrə hazır olması;
• Yaş həddi: 25-35.
• Cinsi: kişi

Əlavə məlumat

• Əmək haqqı: 1000-1200 manat
• Satışdan bonus: 500-2000 manatadək
• İş saatı: 10:00 – 19:00, altıgünlük

CV-lərinizi [email protected] ünvanına "Xarici əlaqələr üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz xahiş olunur.